Misli premyer-liqasının 23-cü turunda “Zirə” evdə “Kəpəz”lə bərabərə qaldı - 2:2.
Oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov jurnalistlər önünə çıxıb.
- Oyun bizim üçün çox yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib isə standart vəziyyətdən fərqləndi. İkinci hissəyə fəal başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiəyə diqqət yetirirdi. Son dəqiqələrdə künc zərbəsindən qol vurub, 1 xal qazandıq. Mövsüm ərzində belə oyunlar olur. Hər iki qol standart vəziyyətdən oldu. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq, 1 xal da yaxşı nəticədi.
- “Zirə” bu gün bir xal xazandı, yoxsa iki xal itirdi?
- Təbii ki, 3 xala köklənmişdik. 1 xal da pis nəticə deyil.
- "Kəpəz" azarkeşləri sonda sizin ünvanınıza şüarlar səsləndirirdi. Buna münasibətiniz necədi?
- Eşitmirdim, maraqlı deyil. Bircə onu deyə bilərəm ki, premyer-liqada iki komanda çempionluğa oynayır, 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. O beş komanda arasında yerli məşqçi bircə mənəm. Qalanı adlı-sanlı əcnəbi mütəxəssislərdi. Sadəcə, bunu qeyd etmək istəyirəm.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта