RU

Putin və Tramp arasında İran və Ukrayna müzakirəsi: Uşakov detalları açıqladı

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov martın 9-da Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığının detallarını açıqlayıb.

Musavat.com xəbər verir ki, danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və tərəflər arasında "əsaslı və faydalı" fikir mübadiləsi aparılıb.

Görüşün əsas tezisləri aşağıdakılardır:

İran münaqişəsi: Söhbətin əsas diqqət mərkəzində İran ətrafında yaranmış gərginlik olub. Putin İran münaqişəsinin tezliklə siyasi-diplomatik yolla həlli ilə bağlı bir sıra mülahizələrini irəli sürüb.

Ukrayna tənzimlənməsi: Liderlər Ukraynadakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə ediblər.

Vladimir Putin Ukrayna münaqişəsinin həllində ABŞ-ın və şəxsən Donald Trampın vasitəçilik səylərini müsbət qiymətləndirib.
Hər iki lider beynəlxalq böhranların həllində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.


Musavat.com

Избранный
64
musavat.com

1Источники