RU

Putin və Tramp telefonla danışdılar: Hansı məsələlər müzakirə olundu?

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, danışıq işgüzar, açıq və konstruktiv xarakter daşıyıb.

Uşakov bildirib ki, təxminən bir saat davam edən söhbətin əsas mövzuları İran ətrafındakı vəziyyət və Rusiya-ABŞ-Ukrayna formatında üçtərəfli danışıqlar olub. Liderlərin əvvəlki təması 2025-ci ilin dekabrında baş tutmuşdu.

Vladimir Putin İran ətrafındakı münaqişənin tez bir zamanda dayandırılması ilə bağlı bir neçə təklif irəli sürüb. Donald Tramp isə Ukraynada münaqişənin tezliklə bitirilməsində maraqlı olduğunu bir daha vurğulayıb.

Liderlər, həmçinin qlobal neft bazarındakı vəziyyəti müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
oxu.az

1Источники