RU

Tramp iranlı futbolçularla bağlı çağırış etdi

ABŞ prezidenti Donald Tramp Avstraliya hakimiyyət orqanlarını İranın qadınlardan ibarət milli komandasına Asiya Kubokunda iştirak etdikdən sonra daimi sığınacaq verməyə çağırıb.

Publika.az xəbər verir ki, Tramp martın 9-da bu barədə sosial mediada yazıb:

“Avstraliya İranın qadın futbol komandasının zorla İrana qaytarılmasına icazə verməklə dəhşətli bir humanitar səhv edir və orada onların çox güman ki, öldürüləcəyi gözlənilir.

Bunu etmə, cənab Baş nazir. Onlara sığınacaq ver. Əgər verməsən, ABŞ onları qəbul edəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”.

İranın Avstraliyada keçirilən Asiya Kubokundan kənarlaşdırılmasından sonra qadın milli komandasının beş oyunçusunun komandanın düşərgəsindən qaçdığı bildirilib. Daha əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi İran qadın komandasını oyun zamanı dövlət himnini oxumadığına görə tənqid etmişdi: “Xainlərlə müharibə dövründə daha sərt davranılmalıdır”.

Избранный
77
16
publika.az

10Источники