RU

Polislərdən RƏZALƏT: Axtarış bəhanəsi ilə evdən OĞURLUQ ETDİLƏR – VİDEO

Rusiyada polislər saxlanılan şəxsin evindən fen, krossovka və “toy pulu” oğurlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiyanın Novosibirsk vilayətinin Qusini Brod kəndində asayiş keşikçilərinin səs-küylü cinayət əməli ifşa olunub.

Narkotik vasitələrin yayılmasında şübhəli bilinən yerli sakinin evində axtarış aparan polis əməkdaşları fürsətdən istifadə edərək mənzildəki qiymətli əşyaları mənimsəyiblər.

Məlumata görə, hələ 2024-cü ilin sentyabrında baş verən hadisə zamanı polislər evdən saç qurutma fei, krossovkalar, şampan şərabı, bahalı qulaqlıqlar və kvadrokopter oğurlayıblar.

Cinayətkar əməl bununla da bitməyib; polislər saxlanılan şəxsin sevgilisinin toy üçün topladığı pulları da ələ keçiriblər. Həmin axtarış zamanı mənzildən qanunsuz maddələrin tapılıb-tapılmadığı isə məlum deyil.

Hadisədən bir il yarım keçdikdən sonra məhkəmə artıq sabiq narkonəzarət şöbəsinin rəis müavini və onun tabeliyində olan əməkdaşlar barəsində hökm çıxarıb.

Onlar oğurluq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli bilinərək müvafiq müddətə azadlıqdan məhrum ediliblər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
67
interpress.az

1Источники