RU

ABŞ nin sabiq prezidenti Riçard Niksonun Ağ Evdəki dinləmə sistemini ifşa edən köməkçisi vəfat edib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin 37-ci prezidenti Riçard Niksonun köməkçilərindən biri olmuş və Ağ Evdəki gizli dinləmə sistemini ifşa etmiş Aleksandr Batterfild 99 yaşında vəfat edib.

Oxu.Az "The New York Times"a istinadən xəbər verir ki, o, Kaliforniya ştatının San-Dieqo şəhərindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, 1973-cü ildə Batterfild ABŞ konqresmenləri ilə söhbət zamanı bildirmişdi ki, Nikson Ağ evdəki Oval kabinetdə və digər otaqlarda baş verən bütün danışıqları lentə yazdırırdı. Bu açıqlama 1972-ci ilin yayında Vaşinqtondakı "Watergate" otelində yerləşən ABŞ Demokrat Partiyasının qərargahında telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı baş vermiş Uotergeyt qalmaqalını daha da alovlandırmışdı.

"Uotergeyt işi" ABŞ-nin müasir tarixində ən böyük daxili siyasi qalmaqallardan biri hesab olunur. Bu işin nəticəsində Riçard Nikson istefa vermək məcburiyyətində qalmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
oxu.az

1Источники