RU

"The Jerusalem Post": "Hizbullah" uzunmüddətli hərbi kampaniyaya hazırlaşır

"Hizbullah" yaraqlıları İsrail Müdafiə Qüvvələrinə qarşı hərbi əməliyyatlar aparmağa davam edir. Onlar İsrail ordusunun mövqelərini tank əleyhinə raketlərlə atəşə tuturlar.

"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

İsrail rəsmiləri hesab edir ki, qrup uzunmüddətli hərbi kampaniyaya hazırlaşır və onların hərəkətləri İsrail rəsmilərini və diplomatlarını çaşdırır. Qəzetin mənbələrindən biri vəziyyəti "Hizbullah"ın itirəcək bir şeyinin qalmadığı ilə izah edib.

"İranın zəifləməsi, İslam İnqilabı Keşikçiləri Korpusunun Livandan çəkilməsi və Hizbullaha maliyyə köçürmələrinin bloklanması ilə təşkilat hərəkətə keçmək məcburiyyətində qaldığı bir nöqtəyə çatdığını hiss edir",- adı açıqlanmayan Qərb diplomatı bildirib.

Livan hökumətinin hərəkətləri, İsrail ilə danışıqlar aparmaq cəhdlərinə baxmayaraq, ABŞ-ı qəzəbləndirib. Qəzet yazır ki, Vaşinqton Livanın "Hizbullah"a qarşı kifayət qədər qətiyyətli hərəkət etmədiyinə inanır. Bu arada, yaraqlılar hökuməti qrupun əməliyyatlarına mane ola biləcək hər hansı bir addım atmaqdan çəkindirmək üçün güc nümayiş etdirməyə çalışırlar. Eyni zamanda, qrup İsraili Livan ərazisindəki hərbi mövqelərini geri çəkməyə məcbur etməyə çalışır.

Избранный
68
far.az

1Источники