RU

"The Guardian": ABŞ-nin diqqəti Ukraynadan İrana yönəlir

BAKI, 10 mart. TELEQRAF

ABŞ İrana qarşı hərbi əməliyyata başladıqdan sonra Vaşinqtonun diqqəti Ukraynadan qismən Yaxın Şərqə yönəlib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Ağ evin diqqətinin başqa məsələlərə yönəlməsi Ukrayna ilə Rusiya arasında sülh danışıqları prosesinə də təsir göstərə bilər.

Məqalədə qeyd olunur ki, hazırda bir sıra varlı ölkələr hava hücumundan müdafiə sistemlərinə xərcləri artırmağa hazırlaşır. Bu isə artıq yüklənmiş bazarda Ukraynanın daha az hava hücumundan müdafiə sistemi əldə etməsi ilə nəticələnə bilər.

Avropa Parlamentinin deputatı Anna-Maya Henriksson daha əvvəl Yle nəşrinə açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən hərbi hadisələr artıq Avropanın Kiyevə göstərdiyi yardımın diqqətdən kənarda qalmasına səbəb olur.

Bundan başqa, "Politico" nəşri də yazıb ki, ABŞ-ın İrana qarşı əməliyyatı səbəbindən Vaşinqtonun müttəfiqləri silah tədarükü ilə bağlı çətinliklər yarana biləcəyindən ehtiyat edir.

Избранный
104
teleqraf.com

1Источники