RU

ABŞ Venesueladan daha 100 milyon barel neft gözləyir

BAKI, 10 mart. TELEQRAF

ABŞ Venesueladan ikinci partiya olaraq 100 milyon barel həcmində neft gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatının Doral şəhərində keçirilən mətbuat konfransında bildirib.

Trampın sözlərinə görə, Venesueladan göndərilən ilk 100 milyon barel neft artıq ABŞ-a çatdırılıb və hazırda Hyuston şəhərindədir.

O qeyd edib ki, həmin neft hazırda bu məhsul üçün nəzərdə tutulmuş neft emalı zavodlarında emal olunur.

ABŞ prezidenti əlavə edib ki, yaxın vaxtlarda Venesueladan daha 100 milyon barel neftin göndərilməsi gözlənilir.

Избранный
91
teleqraf.com

1Источники