RU

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında panika yaradıb

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında panika yaradıb

ABŞ və İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyat nəticəsində neft qiymətlərində baş verən kəskin artım Ağ Ev administrasiyasını ciddi təşvişə salıb.

AFN.az xəbər verir ki, CNN-in mənbələrinə istinadən verdiyi məlumata görə, prezident Donald Trampın məsləhətçiləri hərbi əməliyyatların ilk günlərində qiymət artımının qısamüddətli olacağını proqnozlaşdırsalar da, bazarın real reaksiyasının miqyası onları hazırlıqsız yaxalayıb.

Administrasiya əvvəlcə noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində yanacaq qiymətlərinin aşağı salınmasını əsas təbliğat arqumenti kimi istifadə etməyi planlaşdırırdı. Lakin neftin bir barelinin qiymətinin 100 dolları keçməsi uzunmüddətli enerji böhranı qorxularını artırıb.

Buna baxmayaraq, bazarlarda son saatlarda müəyyən bir sabitləşmə müşahidə olunur. Martın 9-da Brent markalı neftin qiyməti 119 dolları keçsə də, cəmi bir sutka sonra kəskin azalaraq 90 dollar səviyyəsindən aşağı düşüb. Londonun ICE birjasının məlumatlarına görə, may fyuçersləri barel başına 89.52 dollara qədər geriləyib.

Prezident Tramp isə bu dalğalanmaları şərh edərkən qiymət artımının gözlədiyindən daha az olduğunu iddia edib.

Избранный
69
afn.az

1Источники