RU

Neftin son qiyməti: Dünən 114 dollara qalxmışdı, bu gün neçəyədir?

Brent markalı neftin bir barelinin qiyməti dünəb gün ərzində 114,3 dollara qədər yüksələrək 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çatmışdı. Lakin daha sonra qiymətlər aşağı düşüb və gecə saat 00:03-ə olan məlumata görə Brent nefti 86,62 dollardan satılıb. Eyni vaxtda Qərbi Texas (WTI) markalı xam neftin bir bareli isə 82,99 dollara alıcı tapıb.

Qiymətlərin enməsinə ABŞ prezidenti Donald Trampın İranla müharibənin gedişatı ilə bağlı açıqlamaları təsir göstərib.

Tramp ABŞ-ın CBS News telekanalına telefonla verdiyi müsahibədə bildirib ki, İranla müharibədə qarşıya qoyulan hədəflərin böyük hissəsinə nail olunub.

“Savaşın böyük ölçüdə tamamlandığını düşünürəm. Onların donanması yoxdur, rabitə vasitələri yoxdur, hava qüvvələri yoxdur”, – deyə Tramp bildirib.

ABŞ prezidenti müharibənin yaxın vaxtlarda başa çata biləcəyinə işarə edərək iddia edib ki, ilkin mərhələdə nəzərdə tutulan məqsədlərə planlaşdırılan 4-5 həftədən “xeyli daha tez” nail olunub.

Избранный
76
aznews.az

1Источники