RU

Kredit faizlərinin bir hissəsini bu təşkilat ödəyəcək - ŞAD XƏBƏR

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda müəyyən dəyişikliklər edilib.

Dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı xərclərininmaliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 (bir) il müddətinədək verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Agentliyin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin ediləcək.

Eyni zamanda sahibkarlıq subyektlərin müraciətlərinə baxılma müddəti də optimallaşdırılıb.

Müvəkkil təşkilat tərəfindən müraciətlərin qeydiyyata alındığı tarixdən 15iş günündən gec olmayaraq və təqdim edilən müəyyən edilmiş göstəricilərə uyğunluğu Agentlik tərəfindən isə 10 iş günü müddətində yoxlanılaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləği təsdiqlənir və ya müvəkkil təşkilata əsaslandırılmış imtina məktubu göndərilir.

Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydanın 6-1.1-ci bəndinə uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in “aqrar ticarət altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür.

Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.

Həmçinin, həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik tərəfindən faizlərin maliyyələşdirilən hissəsinin hesablanması və ödənilməsi dayandırılır.

Избранный
59
sportinfo.az

1Источники