RU

İran Bəhreyndə ABŞ-nin hava bazasını VURDU

İran qüvvələri Bəhreyndə yerləşən Amerika bazasına raket hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, hücum barədə məlumat verən "Tasnim" agentliyi bazada böyük yanğın baş verdiyini iddia edib.

Agentliyin məlumatına görə, İran qüvvələri Bəhreyndə ABŞ-nin Şeyx İsa hava bazasına hücum edib və bombardmandan sonra yanğın baş verib.

"Tasnim"in məlumatına görə, hücumun hədəfi Amerika hərbçilərinin yerləşdiyi yataqxana olub.

Hücum nəticəsində mümkün zərər və ya itki barədə hələlik heç bir məlumat yoxdur. 

Musavat.com

Избранный
62
1
musavat.com

2Источники