RU

Mahir ata kimi məni rədd etməyib

Tanınmış prodüser Anar Mədətov oğlu, futbolçu Mahir Emrelinin soyadını dəyişməsinə münasibət bildirib.

News365.az xəbər verir ki, Anar Mədətov oğlunun onu ata kimi rədd etmədiyini bildirib:

“Mahirin məni ata kimi rədd etməsi yalandır. Mənim üçün Mahir elə Mahirdir. Anamın adını  ona qoymuşam. Mən Anar Mədətov ola bildiyim üçün anama çox şey borcluyam. Oğlumun adını mən qoymuşam. O ki, qaldı soyadını dəyişməsinə bu onun öz seçimidir. Özü bilər. Başa düşürəm və hörmətlə yanaşıram. Həyatdır. Hər şey ola bilər. Bu da mənim həyatımdır”.

Избранный
26
news365.az

1Источники