RU

İran ABŞ ilə yeni danışıqları məqsədəuyğun saymır - Əraqçi



İran ABŞ ilə növbəti danışıqların aparılmasını məqsədəuyğun hesab etmir.

aia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi PBS telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Tehranla Vaşinqton arasında yeni təmas və danışıqlar məsələsinin gündəmdə olması ehtimalı azdır.

Əraqçinin sözlərinə görə, İranın ABŞ ilə münasibətlərdə çox acı təcrübəsi var.

O, həmçinin İranın yeni ali lideri Müctəba Xameneinin seçilməsindən sonra ABŞ ilə əlaqələrin olub-olmaması barədə suala da münasibət bildirib.

“Birincisi, onun hələ bəyanat verməsi üçün tezdir. Hamımız onun gələcək açıqlamalarını və şərhlərini gözləyirik. Lakin düşünmürəm ki, amerikalılarla növbəti təmas və danışıqlar məsələsi nəzərdən keçiriləcək, çünki bizim amerikalılarla çox acı təcrübəmiz var”, - deyə Əraqçi qeyd edib./Telegraf.az

aia.az



Избранный
71
2
aia.az

10Источники