Bakı, 10 mart, AZƏRTAC
İtaliya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 959 min nəfərin yaşadığı Neapol şəhərindən 43 km cənub-qərbdə, ocağı isə 375 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.