RU

“QatarEnergy” LNG üzrə genişləndirmə layihəsini təxirə salmaq niyyətindədir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qahirə, 10 mart, AZƏRTAC

Qətərin dövlət enerji şirkəti “QatarEnergy” maye təbii qaz (LNG) istehsalının genişləndirilməsi ilə bağlı iri layihənin başlanmasını ən azı 2027-ci ilə qədər təxirə salmağı nəzərdən keçirir.

AZƏRTAC “Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, bu qərar ötən həftə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumdan sonra Ras Laffan sənaye kompleksinin fəaliyyətinin dayandırılması fonunda gündəmə gəlib.

“Bloomberg”in məlumatına görə, hazırda Şimal-şərq yatağındakı qurğudan istehsal olunan ilk LNG-nin gələn ilin əvvəlində ixracına başlanması planlaşdırılır. Bu isə Ras Laffan kompleksində fəaliyyətin dayandırılmasının bir aydan çox çəkməyəcəyini ehtimal etməyə imkan verir.

Mənbələr “Bloomberg”ə bildiriblər ki, Körfəzdə müharibə fonunda bağlanma müddəti uzanarsa, layihənin həyata keçirilməsi daha da gecikə bilər.

Qətər genişləndirməyi planlaşdırdığı bu layihə çərçivəsində bir neçə il ərzində qlobal bazara rekord həcmdə yeni LNG tədarükünü planlaşdırır. Bununla belə, illik ümumi istehsal gücü 32 milyon ton olan Şimal-şərq yatağındakı qurğunun genişlənmə layihəsinin gecikməsi maye təbii qaz təklifində gözlənilən profisitinin yaranmasını da ləngidə bilər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
2
azertag.az

3Источники