RU

Mesut Gülaçtı: Gənclərin texnologiya istehsalında iştirakı Türk dünyasının gələcəyi baxımından son dərəcə dəyərlidir

ain.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 9 mart, AZƏRTAC

Gənc mühəndis namizədlərinin dizayn, istehsal və inkişafyönümlü yanaşma ilə texnologiya istehsalında iştirak etməsi Türk dünyasının gələcəyi baxımından son dərəcə dəyərlidir. TEKNOFEST kimi beynəlxalq miqyasda böyük əhəmiyyət daşıyan texnologiya platformasında gənclərimizin layihələri ilə iştirak etməsi elm və innovasiya sahəsində ortaq baxışın gücləndiyinin də göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlqmasında Türk Dünyası İnkişaf və İnovasiya Mərkəzinin rəhbəri Mesut Gülaçtı bildirib.

Bu il 14-cü dəfə keçiriləcək dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan TEKNOFEST-ə hazırlıq prosesi haqqında danışan Gülaçtı, qurum olaraq, İstanbul Texniki Üniversitetinin nəzdində fəaliyyət göstərən Gökbörü Aviasiya ve Kosmos Qrupunun yarışlara hazırlıq prosesinə dəstək verdiklərini bildirib.

Mərkəzin prioritetlərindən danışan sədr deyib: “Əsas məqsədimiz universitetlər, sənaye müəssisələri və gənc təşəbbüskarlar arasında güclü əməkdaşlıq mühiti yaradaraq Türk dünyası miqyasında istehsal, texnologiya və innovasiya mədəniyyətini inkişaf etdirmək, eləcə də yeni nəsil mühəndislərin yetişməsinə töhfə verməkdir. Kənd təsərrüfatı, heyvandarlıq, müdafiə sənayesi, tikinti, proqram təminatı, sənaye avtomatlaşdırması və ağıllı bina texnologiyaları başda olmaqla bir çox sahədə universitet–sənaye əməkdaşlıqlarını dəstəkləyərək Türk dünyasının istehsal gücünü artırmağı hədəfləyirik”.

Xatırladaq ki, sentyabr ayında Türkiyənin Şanlıurfa vilayətində başlayacaq TEKNOFEST-in builki müsabiqələri arasında ilk dəfə döyüşən pilotsuz uçuş aparatı (PUA) yarışı da yer alacaq.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
azertag.az

1Источники