RU

Qabon: Fransa XİN i seçki zorakılığı istintaqına maneə törətməkdə ittiham olunur

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paris, 10 mart, AZƏRTAC

Fransanın Xarici İşlər Nazirliyi 2016-cı ildə Qabonda baş vermiş seçki sonrası zorakılıqlarla bağlı Parisdə aparılan istintaqa maneə törətməkdə ittiham olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Marianne” həftəlik jurnalı məlumat yayıb. Bildirilir ki, Fransa məhkəməsinin tələb etdiyi 315 sənəddən XİN yalnız 35-ni təqdim edib. Bu isə istintaqın sürətlənməsinə mane olub və iş üzrə şəffaflıqla bağlı suallar doğurub.

Araşdırma xüsusilə müxalifət lideri Jan Pinqin qərargahına edilən hücumu hədəf alır. Həmin hücum zamanı əvvəlcə helikopterdən atəş açıldığı, daha sonra isə maskalı şəxslərin binaya daxil olduğu bildirilir. Hadisə nəticəsində onlarla insanın öldüyü və yaralandığı qeyd olunur.

Müstəntiqlər, həmçinin Fransa vətəndaşlarının, o cümlədən sonradan Qabon rejiminin təhlükəsizlik müşaviri olmuş keçmiş quru qoşunları zabitinin mümkün rolunu araşdırırlar.

Nazirliyin daxili sənədlərindən birində yüksəkvəzifəli məmur belə qeyd edib: “Biz 2016-cı ilin seçki sonrası zorakılıqlarını ört-basdır etmək istəyirmiş kimi görünürük”. Bu ifadə məhkəmənin bütün materialların təqdim olunmasını tələb etdiyi bir vaxtda yazılıb.

Araşdırmanın müəllifi Mael Xuanın sözlərinə görə, sənədlərin yalnız bir hissəsinin təqdim olunması qərarı nazirliyin Afrika üzrə direktoru Kristof Biqo və o dövrdə xarici işlər naziri Jan İv Lö Dryanın kabinet rəhbəri Nikola Roş tərəfindən qəbul edilib. Yalnız 35 sənədin təqdim olunması qərara alınıb. Sənədlərin gizlədilməsi siyasi motivlərlə və ya şikayətlərdə adı keçən fransız vətəndaşlarını qorumaq məqsədilə izah oluna bilər.

İşdə adı hallanan şəxslər arasında Qabon Prezidentinin təhlükəsizlik xidmətində çalışan üç Fransa vətəndaşı və ikili vətəndaşlığa malik, kəşfiyyat xidmətinin keçmiş rəhbəri Frederik Bonqo da var. Bu məlumatlar Fransa diplomatiyasının bəzi hallarda ədalət mühakiməsindən daha çox siyasi maraqlarını qorumağa üstünlük verə biləcəyi ilə bağlı şübhələri gücləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
1
azertag.az

2Источники