RU

Şər qüvvələrin yaratdığı İran...- Tural İrfan yazır

Əslində bugünkü İsraili İran, bu günkü İranı da İsrail yaradıb. İndi də bir-birini məhv etməyə çalışırlar. Bir düşmən obrazı ətrafında xalqı daima qorxu altında saxlayıb istismar etmək üçün İrana belə bir İsrail lazım idi. İsrailə də hər an onu yer üzündən silə biləcəyi qorxusunu bəhanə edib gündən - günə silahlanmasına və güclənənməsinə bəhanə verən İran lazım idi.
İkisinin də inancı eynidir. Biri qeybdəki Maşiaxın zühuru üçün, digəri də Mehdinin zühuru üçün zəmin hazırlamaq naminə teokratik rejimlər quraraq Orta Şərqə sahib olmaq istəyir. İsraildə inanırlar ki, Maşiax zühur edərək Qüds məscidini yıxıb yerində Süleyman məbədini inşa edərək "Böyük İsrailə" hökm etməlidir. İranda da inanırlar ki, Mehdi Yaxın Şərqdə zühur edərək bütün dünyaya hökm etməlidir. Amma bunun üçün zəmin, şərait yaradılmalıdır. Yoxsa İsrailin nə işi vardı Livan, Suriya və Türkiyədə... Yaxud İranın nə işi vardı Fələstində... Biri Maşiaxın hakimiyyətinə zəmin üçün Suriya, Livan, Fələstinin tamamını, Misir, İraq, Səudiyyə Ərəbistanı və Türkiyənin də bir hissəsini ələ keçirmək naminə, digəri də Mehdinin hakimiyyətinə zəmin üçün Səudiyyə Ərəbistanı, Livan, Suriya, İraq, və Fələstin uğrunda çarpışır. İran inanır ki, Mehdi Kəbədə zühur etməlidir və hazırda ora da "sionistlərin" əlindədir deyə İmam gəlmir. Bunun üçün də çalışmaq lazımdır.
Hər ikisi də iddialarının əsaslarını Tövrat və Qurana bağlayırlar.
Səmavi dinlərin mahiyyəti sülhü, insan qardaşlığını tələb etsə də İran və İsrail tam əksini düşünür və belə qəbul ediblər ki, mütləq insanlar acımasızcasına bir - birinin qanını tökməlidirlər.
Tural İrfan, politoloq
Избранный
34
news365.az

1Источники