RU

Merzə sərt tənqid: Vassala ehtiyacımız yoxdur!

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya kansleri Fridix Merz ABŞ Prezidenti Donald Trampın Madridlə bağlı açıqlamalarından sonra susduğuna görə kəskin tənqid edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniya Baş nazirinin müavini və əmək naziri Yolanda Diaz danışıb.

“Avropanın bu gün Trampa pərəstiş edən vassallara yox, liderlərə ehtiyacı var. İspaniya hələ də ABŞ Prezidentinin Madridə qarşı şifahi hücumları fonunda kanslerin Oval Ofisdəki hərəkətsizliyindən qəzəblənir. O, bu tarixi anda necə iş görmək barədə heç bir fikri olmayan rəhbərlərdən biridir”, – deyə o bildirib.

Qeyd edək ki,  3 martda Merz Ağ Evdə keçirilən müzakirəyə qoşulub. Tramp dəfələrlə Almaniya kanslerini dost kimi tərifləsə də, digər avropalıları tənqid edib. Merz isə demək olar ki, susub. Lakin daha sonra nahar zamanı o, İspaniya və Britaniyanı müttəfiq kimi müdafiə edib, bu da Trampı qıcıqlandırıb.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
globalinfo.az

1Источники