RU

İrana 30 tona yaxın qida məhsulu göndərilib

İrana 30 tona yaxın müxtəlif qida məhsulları göndərilib...

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yolla salınır:

"Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir. Avtomobillər artıq yola düşməkdədir".

Poliqon.info

Избранный
73
12
poliqon.info

10Источники