RU

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Premyer Liqada yubiley qoluna imza atıb

"Qarabağ"ın futbolçusu Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub.

"Far.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib.

O, Misli Premyer Liqasının XXIII turunun "Araz-Naxçıvan"la görüşündə (6:0) dubl müəllifi olub. Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb.

Premyer Liqada 2021/2022 mövsümündə debüt edən və yalnız "Qarabağ"da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb. Yarımmüdafiəçi 41 qol vuran Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş və Baqali Daboya şərik çıxıb.

Избранный
57
10
far.az

10Источники