RU

Almaniya İraqdakı səfirliyinin əməkdaşlarını müvəqqəti təxliyə edib

Almaniya Yaxın Şərqdə davam edən münaqişə fonunda təhlükəsizlik risklərinin artması səbəbindən Bağdaddakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq İraqdan çıxarıb.

APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik vəziyyəti ilə əlaqədar Almaniyanın Bağdaddakı səfirliyinin əməkdaşları müvəqqəti olaraq İraqdan köçürülüb.

Bildirilib ki, səfirlik fəaliyyətini tam dayandırmayıb və diplomatik nümayəndəliklə əlaqə saxlamaq mümkündür. Lakin təhlükəsizlik vəziyyəti səbəbindən hüquqi və konsulluq xidmətləri artıq bir müddətdir ciddi şəkildə məhdudlaşdırılıb.

Избранный
42
1
apa.az

2Источники