RU

Sadiq Qurbanov: “İqlim dəyişikliyi bütün planetimiz üçün təhdiddir” 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışını şərh edərəkən QHT.az-a açıqlamasında adıçəkilən beynəlxalq tədbirdə cənab Prezident önəmli strateji məsələlərə toxunub.

Burada həm Cənub Qaz Dəhlizinin iqtisadi səmərəsindən  eyni zamnda iqlim dəyişikliyi məsələlərini də toxunub. İqlim dəyişikliyi bütün planetimiz üçün təhdidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tədbirdə deyib:

“Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq”

Избранный
59
qht.az

1Источники