RU

Tanınmış blogerə evlilik təklifi hokkey oyunu zamanı edildi - FOTO/VİDEO

Rusiyalı bloger və aktrisa Karina Kross evlənəcəyini açıqlayıb. Onun sevgilisi, 21 yaşlı hokkeyçi Mark Rudakovski evlilik təklifini KHL çempionatında keçirilən “Dinamo” Moskva – “Dinamo” Minsk oyunu zamanı edib.

Bizim.Media xəbər verir ki, 33 yaşlı Kross təklifə “bəli” cavabı verib və həmin anın videosunu sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, bu, Karina Kross üçün ilk evlilik deyil. O, daha əvvəl bloger Yevgeni Yerşov ilə evli olub, lakin cütlük bir müddət sonra ayrılıb.




Bizim.Media

Избранный
41
3
bizim.media

4Источники