RU

Naini: "Tramp psixoloji təzyiq yaratmaq üçün..."

ABŞ, İsrail və İran arasında müharibə 11-ci gününə keçərkən tərəflərdən sərt açıqlamalar səslənməkdə davam edir.

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini ABŞ Prezidenti Donald Trampın “İranın gücü sona çatır” sözlərinə cavab verib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Naini bildirib ki, Tramp psixoloji təzyiq yaratmaq üçün yalan məlumatlar yayır.

Onun sözlərinə görə, İran ABŞ və İsrailin hücumlarına qarşı bütün gücü ilə müqavimət göstərir və müharibənin necə bitəcəyinə İran qərar verəcək.

O qeyd edib ki, bölgədəki ABŞ hərbi obyektləri İran üçün hədəfdir və İran silahlı qüvvələri Hörmüz boğazı ətrafındakı vəziyyəti diqqətlə izləyir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanlarının böyük hissəsinin məhv edildiyini və müharibənin tezliklə başa çatacağını iddia edib.

Bu arada, İnqilab Keşikçilərinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı atəşkəs planının olmadığını və hücumların daha da gücləndiriləcəyini açıqlayıb.

Bölgədə ABŞ-nin təyyarədaşıyan gəmilərinin yerləşdirilməsi isə gərginliyin artacağı ilə bağlı narahatlıqları artırır.

Избранный
16
1
cebheinfo.az

2Источники