RU

İranın Hörmüz boğazı ilə bağlı bəyanatı - "Təhlükəsizliyin təmin edilməsi mümkün deyil"

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Hörmüz boğazında baş verən münaqişə və gəmiçilikdə yaranan fasilələrin ABŞ və İsrail tərəfindən törədildiyini bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Laricani vurğulayıb ki, ABŞ və İsrailin bölgədə başlatdığı müharibə səbəbindən Hörmüz boğazında təhlükəsizliyi təmin etmək mümkün deyil. Bu, müharibəni birbaşa dəstəkləyənlər tərəfindən təşkil edilən bir plandır.

O, həmçinin qeyd edib ki, bölgədəki hər hansı gərginlik və hərəkət pozuntusu xarici qüvvələrin planlaşdırdığı siyasətin nəticəsidir.

Seyranə QuliyevaMissiya.Az

Избранный
52
missiya.az

1Источники