RU

İranda məktəbə zərbə endirən raketin qalıqlarında ABŞ nişanları tapılıb?

İranın Minab şəhərində qızlar üçün ibtidai məktəbə endirilmiş zərbə yerində tapılan raket qalıqlarında ABŞ istehsalına xas nişanlar aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times yazıb.
 

Nəşrin məlumatına görə, fraqmentlərin analizi onların ABŞ ordusunun arsenalında olan “Tomahawk” qanadlı raketinə aid ola biləcəyini göstərir. Araşdırma çərçivəsində təsdiqlənmiş video və peyk görüntüləri də incələnib.


Ekspertlər hesab edir ki, məktəb yaxınlıqda yerləşən hərbi-dəniz bazasına yönəlmiş hücum zamanı zərər görüb və birbaşa hədəf seçilməyib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun bu zərbədə iştirakını təkzib etmişdi. Bununla belə, Pentaqon hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.

Fevralın 28-də baş verən hücum nəticəsində təxminən 170 nəfər həlak olub, onların əksəriyyətinin uşaqlar olduğu bildirilir.

Bizim.Media

Избранный
71
1
bizim.media

2Источники