Dövlət himnini oxumaqdan imtina etdikləri üçün öz ölkələrində təqiblərlə üzləşən beş İran qadın milli futbolçusu Avstraliyada sığınacaq alacaq.
Herbiand.az xəbər verir ki, Avstraliyanın Daxili İşlər Naziri Toni Börk bunu çərşənbə axşamı, 10 mart tarixində elan edərək, əvvəlki axşam onların humanitar viza müraciətlərini imzaladığını bildirib. O, əlavə edib ki, Avstraliya polisi idmançıları "təhlükəsiz yerə" yerləşdirib.