RU

Ötən çərşənbə tonqalla bağlı 10 yanğın hadisəsi qeydə alınıb - FHN

Bakı. Trend:

Bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyiqaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acınəticələrə gətirib çıxarır.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yel çərşənbəsiilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətindəbildirilib.

Belə ki, ötən çərşənbə axşamı tonqalla bağlı Nazirliyinyanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğınhadisəsinə çıxış qeydə alınıb.

"Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir dahaəhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyiqaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac vədigər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərinnəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqalyandırılması xüsusilə təhlükəli hesab olunur", - deyə müraciətdəqeyd olunub.

Избранный
36
6
az.trend.az

1Источники