RU

“On minlərlə gənc xaricdə təhsil alıb ölkənin inkişafına töhfə verib”

"Dövlət proqramı artıq demək olar ki, tarixə düşmüş bir təşəbbüsdür".


AzEdu.az xəbər verir ki, bu sözləri  DPİQ layihə rəhbəri Qədir Xəlilov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

"Çünki dövlət proqramları, xüsusilə də xaricdə təhsillə bağlı layihələr Azərbaycanda uzun illərdir həyata keçirilir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ təxminən 50 il əvvəl bu istiqamətdə proqramlara start verilmişdi. Həmin proqram çərçivəsində on minlərlə azərbaycanlı gənc o dövrün nüfuzlu ali təhsil ocaqlarında, xüsusilə SSRİ-nin aparıcı universitetlərində təhsil alaraq vətənə qayıdıblar.
Məhz həmin insanlar sonrakı illərdə Azərbaycanın idarə olunmasında və inkişafında mühüm rol oynayan şəxslərə çevriliblər və bu proses bu gün də davam edir"

Избранный
77
azedu.az

1Источники