RU

78 yaşlı kişinin faciəvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağdaş sakini – 78 yaşlı Zakir Rəsulovun ölümünün detalları bəlli olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Ağdaşda PARTLAYIŞ: 78 yaşlı kişi həyatını itirdi


TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 09.03.2026-cı il tarixində saat 00:40 radələrində 1 nəfər (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“1948-ci il təvəllüdlü şəxsə yanıq şoku, bədən səthinin 90% və daha çox səthinin termiki yanığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
 

Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 05:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.


Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Ağdaş şəhər sakini 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında olarkən su qızdırıcı partlayıb və qaynar su onun üzərinə dağılıb.

Xəstəxanaya çatdırılan şəxs tibbi müdaxilələrə baxmayaraq orada ölüb.

Bizim Media, Aran bürosu

Избранный
55
4
bizim.media

7Источники