Özünü “İslami Dirəniş Təşkilatı” adlandıran bir qrup İraq və bölgədə yerləşən ABŞ hərbi bazalarına son 24 saat ərzində pilotsuz uçuş aparatları və raketlərlə 37 hücum həyata keçirdiyini açıqlayıb.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp regiondakı vəziyyətlə bağlı açıqlama verib. O, münaqişənin yaxın zamanda sona çata biləcəyini bildirib. Trampın sözlərinə görə, qarşı tərəfin donanması, rabitə sistemləri və hava qüvvələri artıq ciddi şəkildə zəiflədilib.
“Savaşın böyük ölçüdə başa çatdığını düşünürəm. Əvvəlcə bunun 4–5 həftə davam edəcəyini proqnozlaşdırırdıq, lakin hədəflərimizə daha tez nail olduq”, – deyə ABŞ prezidenti qeyd edib.