İran İslam İnqilabı Keşikçiləri Korpusu çərşənbə axşamı bəyan edib ki, ABŞ və İsrailin hücumları davam edərsə, Yaxın Şərqdən “bir litr də olsun neftin çıxmasına icazə verməyəcək”. Prezident Donald Tramp bu açıqlamaya cavab olaraq ABŞ-nin bu həyati əhəmiyyətli enerji bölgəsindən ixracı dayandıracağı təqdirdə İrana daha ağır zərbələr vuracağını bildirib.
Hafta.az xəbər verir ki, İranın BMT-dəki səfiri fevralın sonlarında ABŞ və İsrailin İran ərazisinə hava və raket zərbələri başlayandan bəri azı 1332 iranlı mülki şəxsin öldüyünü və minlərlə insanın yaralandığını bildirib.
Prezident Donald Tramp xəbərdarlıq edib ki, İran dünya neftinin beşdəbirinin keçdiyi Hörmüz boğazından tankerlərin hərəkətini dayandırmağa çalışarsa, ABŞ hücumlarının sayı kəskin şəkildə arta bilər. İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə bəyan edib ki, ABŞ və İsrailin hücumları davam edərsə, neftin bölgədən çıxmasının qarşısı alınacaq. Dövlət mediasının məlumatına görə, İran rəsmisi əlavə edib: “Müharibənin sonunu məhz biz müəyyən edəcəyik”.