RU

Qan təzyiqini azaltmaq üçün ən yaxşı 4 pendir

Əgər sizdə yüksək qan təzyiqi varsa, bu o deməkdir ki, qidalanmanıza daha diqqətlə yanaşmalısınız...

Poliqon Eating Well nəşrinə istinadən xəbər verir ki, pendir də qan təzyiqinə müsbət təsir göstərə bilən qidalardan biridir.

Pendir orta miqdarda istehlak edildikdə tərkibindəki yüksək kalsium sayəsində hipertoniya riskini azaltmağa kömək edə bilər. Kalsium sistolik və diastolik arterial təzyiqin azalmasına təsir edir. Bundan əlavə, süd məhsullarında olan maqnezium və fosfor da qan təzyiqinin aşağı düşməsinə kömək edə bilər.

Buna görə dietoloqlar belə hallarda xüsusilə faydalı olan 4 pendir növünü qeyd ediblər.

İsveçrə pendiri

Bu pendir fermentasiya prosesi zamanı əmələ gələn karbon qazı qabarcıqları nəticəsində yaranan deşikləri ilə məşhurdur. Virciniya ştatında fəaliyyət göstərən qeydiyyatdan keçmiş diyetoloq, elmlər magistri Loren Trahan bildirir:

"İsveçrə pendiri natriumun ən az olduğu pendirlərdən biridir – 30 qramda cəmi 54 milliqram. O, çox güclü emaldan keçmədiyi üçün təbii olaraq natrium miqdarı aşağıdır".

Mozzarella pendiri

Təzə mozzarella da natriumun az olduğu pendirlərdəndir – 30 qramda təxminən 85 mq natrium var. Trahan bu pendiri bol təzə tərəvəzlə birlikdə evdə hazırlanan pizzaların üzərinə əlavə etməyi tövsiyə edir.

Keçi pendiri

Keçi pendiri də qan təzyiqini azaltmaq istəyənlər üçün yaxşı seçim sayılır. Diyetoloq və elmlər magistri Süzi Polqrin bildirir ki, 30 qram keçi pendirində təxminən 118 mq natrium və 85 mq kalsium var. Bu pendir az natriumlu krakerlərin üzərinə sürtülərək və ya meyvə və tərəvəzlərlə birlikdə yeyilə bilər.

Rikotta pendiri

Diyetoloqların sözlərinə görə, rikotta onların ən sevdiyi məhsullardan biridir. Eating Well yazır:

"Yarım stəkan rikottada 135 mq natrium və 289 mq kalsium var. Bu yüngül pendiri müxtəlif reseptlərə əlavə etməklə həm dadlı süd zülalı əldə etmək, həm də yeməkləri zənginləşdirmək olar".

Trahan əlavə edir ki, rikottanı makaron yeməklərinə qatmaq onlara daha kremli tekstura verir.

Poliqon.info

Избранный
49
poliqon.info

1Источники