RU

Hüseyn Cavidin mənəvi oğlu dünyasını dəyişdi - FOTO

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib.

Milli.Az xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb.

O, 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə Ümummilli Lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Cəfərov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüb. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.

Həmin vaxtdan adları qeyd edilən hər 3 şəxs Hüseyn Cavidin mənəvi oğlu kimi tanınmağa başlayıb.

Xatırladaq ki, qrupun digər üzvü Telman Əliyev 2024-cü ilin avqustunda vəfat etmişdi.

Milli.Az 
Избранный
42
14
milli.az

10Источники