RU

Müğənninin evinə basqın: Təqsirləndirilən şəxslərin işi Ali Məhkəmədə araşdırılır

Bakıda müğənni Elçin Zəkaya qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Publika.az Pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka kimi tanınan toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və o, daha sonra döyülüb. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıblar.

Избранный
17
2
publika.az

4Источники