RU

İsrail "Hizbullah"ın pul kisəsini vurdu: Bir həftədə 30 maliyyə mərkəzi məhv edilib

İsrail Müdafiə Qüvvələri  "Hizbullah"ın maliyyə sütunlarını sarsıtmaq məqsədilə Livanın müxtəlif bölgələrində yerləşən "Əl-Qard əl-Həsən" maliyyə təşkilatının bölmələrinə genişmiqyaslı hava hücumları təşkil edib.

Musavat.com xəbər verir ki, ordunun yaydığı rəsmi məlumata görə, son bir həftə ərzində bu şəbəkəyə aid 30-a yaxın hədəf darmadağın edilib.

1983-cü ildə xeyriyyə assosiasiyası kimi qurulan "Əl-Qard əl-Həsən" rəsmən Livanın şiə icmasına faizsiz kreditlər və digər maliyyə xidmətləri göstərsə də, beynəlxalq kəşfiyyat orqanları onun əsl fəaliyyətini tamamilə fərqli qiymətləndirirlər.

ABŞ hələ 2007-ci ildə bu quruma qarşı sanksiyalar tətbiq edərək bəyan etmişdi ki, "Hizbullah" ondan öz hərbi-siyasi fəaliyyətini maliyyələşdirmək və beynəlxalq bank sisteminə çıxış əldə etmək üçün "örtük" kimi istifadə edir. İsrail kəşfiyyatı iddia edir ki, vurulan obyektlərin zirzəmilərində terror fəaliyyəti üçün nəzərdə tutulan milyonlarla dollar nağd vəsait və qızıl külçələri saxlanılırdı. İMQ-nin bu əməliyyatı qruplaşmanın hərbi potensialı ilə yanaşı, onun daxili idarəetmə və təminat zəncirini də kəsmək strategiyasının tərkib hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
1
olaylar.az

2Источники