RU

Xalq artistindən Kəmalə Günəşliyə cavab: Min cavana dəyərəm

Cavan Zeynallı Kəmalə Günəşlinin dediklərini ciddi qəbul etmədiyini bildirib.

"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbə verir ki, Xalq artisti səhhətinin yaxşı olduğunu və hələ də özünü güclü hiss etdiyini vurğulayıb:

"Mən nə qədər yaşlı olsam da, min cavana dəyərəm. Yaşın nə fərqi var?! Gənclikdə necə idimsə, indi də eləyəm. Səhhətim yaxşıdır, səsimi qoruyuram və özümə diqqət edirəm".

C. Zeynallı bəzi müğənnilərinin televiziya efirlərinə çıxışına məhdudiyyət qoyulması ilə bağlı qərarı dəstəklədiyini qeyd edib:

"Onlar müxtəlif yollarla efirə çıxırlar. Televiziya sənət üçündür və tamaşaçı həmişə həqiqi sənətkarı sevir".

Xatırladaq ki, Kəmalə Günəşli çıxışlarının birində gənc nəslin Cavan Zeynallını tanımadığını iddia etmiş və onun efirdə köhnə lent yazıları ilə çıxış etdiyini söyləmişdi.


Telegram kanalımız
Избранный
96
3
yenisabah.az

4Источники