Keçmiş UFC çempionu Ronda Rouzi Gina Karano ilə döyüşünün əsas qarşılaşma olduğu turnir haqqında danışaraq onu Ağ Evdəki UFC tədbiri ilə müqayisə edib.
Döyüşçüləri və azarkeşləri səhmdarlardan üstün tutanda belə olur.
P.S. UFC Ağ Ev kartı bərbaddır", - Rouzi sosial media hesabında yazıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, tədbir 16 mayda Los-Ancelesdəki Intuit Dome-da keçiriləcək. Əsas döyüşlər Rouzi - Karano və Fransis Nqannu - Filipe Lins əsas tədbirdə üz-üzə gələcəklər. Tədbir Netflix-də yayımlanacaq.
"UFC Freedom 250" 14 iyunda Ağ Evin çəmənliyində keçiriləcək. Əsas döyüşdə İliya Topuriya və Castin Qetji qarşılaşacaq.
Milli.Az