RU

ABŞ kəşfiyyatı İranın dünya üzrə agentlərinə göndərdiyi siqnalını ələ keçirib - İDDİA

Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor ABŞ kəşfiyyatının İrandan İslam Respublikasının dünya üzrə agentlərinə göndərilən siqnalı ələ keçirdiyini iddia edən təcili mesaj yayımlayıb.

Herbiand.az bildirir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Təcili: ABŞ kəşfiyyat orqanları ehtimal olunur ki, İrandan göndərilən şifrələnmiş mesajlar ələ keçirib, bu, ölkə xaricində “yatan agentlər” üçün “əməliyyat siqnalı” ola bilər”, - Makqreqor xəbər verib.

Bundan əlavə, bunu Helsinki Universitetinin professoru Tuomas Malinen də təsdiqləyib. O, Makqreqorun paylaşımına münasibət bildirərək yazıb: “Əlbəttə, onlar bunu ediblər. Yəni, onlar həqiqətən də bu qədər axmaqdırlar ki, bu oyunun yalnız Mərkəzi Kəşfiyyat İdarəsi, MI6 və Mossad tərəfindən oynadığını düşünsünlər?”

Bəxtiyar CƏFƏRLİ

Избранный
32
herbiand.az

1Источники