İranda ballistik raket mühərriklərinin istehsalı ilə bağlı müəssisələrdən birində genişmiqyaslı dağıntılar qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, peyk görüntüləri ölkənin Sərhad bölgəsində yerləşən sənaye kompleksində ciddi ziyan olduğunu ortaya qoyur. Bildirilir ki, raket mühərriklərinin hazırlanması və istehsalı ilə əlaqəli demək olar ki, bütün binalar dağıdılıb.
İsrailli mənbələrin məlumatına görə, zərbə nəticəsində kompleksdə yerləşən istehsal və tədqiqat infrastrukturu faktiki olaraq məhv edilib.
Analitiklərin fikrincə, bu obyektə endirilən zərbə son günlər İrandan həyata keçirilən raket buraxılışlarının sayının azalmasının əsas səbəblərindən biri ola bilər. İranın rəsmi qurumları isə yayılan məlumatlarla bağlı hələlik açıqlama verməyib.
Sara
NOCOMMENT.az