"Turan Tovuz" Premyer Liqada 50-ci qələbəsini qazanıb.
Moderator.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Misli Premyer Liqasının XXIII turuna təsadüf edib.
Tovuz klubu səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib. 50-ci qələbə 131-ci matçda əldə olunub.
"Turan Tovuz" evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olublar.
Qeyd edək ki, 2022/2023 mövsümündən Premyer Liqada çıxış edən "Turan Tovuz" ilk qələbəsini 2022-ci il avqustun 13-də "Səbail"lə səfər matçında əldə edib - 1:0.