RU

Çin nüvə müharibəsinə HAZIRLAŞIR — ABŞ-dən ŞOK İDDİA

Çin nüvə müharibəsinə hazırlıqlara başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.

Amerika rəsmilərinin verdiyi məlumata görə, Pekin öz nüvə arsenalını sürətlə genişləndirir və beynəlxalq monitorinqdən gizli şəkildə kiçikmiqyaslı nüvə sınaqları keçirir.

Çin tərəfinin bu fəaliyyətləri beynəlxalq nəzarət mexanizmlərindən gizlətməyə çalışdığı vurğulanır.

Bildirilir ki, xüsusi müşahidə stansiyaları Çinin Lobnor poliqonu yaxınlığında 12 saniyəlik fasilə ilə iki yeraltı təkan qeydə alıblar.

ABŞ tərəfinin iddialarına görə, Çin partlayışların izini itirmək və sınaqları gizlətmək məqsədilə seysmik siqnalları qəsdən zəiflətmiş ola bilər.

Bu cür hazırlıqlar Çinin hərbi strateji planlarında nüvə potensialının gücləndirilməsinə xüsusi önəm verdiyini göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
38
interpress.az

1Источники