RU

Ağdaşda faciəvi hadisə ÖLƏN VAR YENİLƏNİB

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Ağdaşda yaşadığı evin hamam otağında su qızdırıcısının partlaması nəticəsində ağır xəsarət alan 78 yaşlı Zakir Rəsulovun həyatını itirməsi ilə bağlı rəsmi açıqlama verilib.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 9-da saat 00:40-da bir nəfər (kişi cinsli) Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1948-ci il təvəllüdlü şəxsə yanıq şoku, bədən səthinin 90% və daha çox səthinin termiki yanığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 05:20-də şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda bildirilib./oxu.az

***10:48

Ağdaşda yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Avtosfer.az xəbər verir ki, Ağdaş şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında su qızdırıcısının partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(azertac)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
74
avtosfer.az

1Источники