Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp müharibənin başa çatdığını açıqlasa da, İrana hücum qərarı ilə bağlı məsuliyyəti müşavirlərinin üzərinə atıb.
"Unikal" xəbər verir ki, bu barədə Tramp mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, İranın ABŞ-yə hücum hazırlığında olduğuna dair məlumatları müşavirlərindən alıb və qərarı da bu qiymətləndirmələr əsasında verib.
“Steve, Jared, Pete və Marco kimi şəxslərin mənə çatdırdıqlarına əsaslanaraq İranın bizə hücum edəcəyini düşündüm. Əgər həmin addımı atmasaydıq, bizə hücum planlaşdırdıqlarına inanıram”, - deyə o, ifadə edib
Qeyd olunur ki, Trampın açıqlamasında kürəkəni Jared Kushner, müdafiə naziri Pete Hegseth və dövlət katibi Marco Rubionun adlarını çəkməsi Vaşinqtonda geniş müzakirələrə səbəb olub. ABŞ mediası bunu İranla bağlı hərbi əməliyyatın məsuliyyətinin müşavirlərlə bölüşdürülməsi kimi qiymətləndirib.
Ağ Ev və adı çəkilən rəsmilər isə hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Ayxanım Məlikova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.