RU

Maaş artmır, iş yükü ÇOXALIR – Əmək bazarında gərginlik PİK HƏDDƏ

ABŞ-də işçilərin yarısı istefa vermək istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər aparılan araşdırmalara istinadən məlumat yayıb.

Amerika Birləşmiş Ştatlarında işçilər arasında kütləvi “tükənmə” (burnout) sindromu müşahidə olunur.

Tədqiqatlar göstərir ki, demək olar hər iki amerikalıdan biri əlavə və ödənişsiz iş yükünə görə işdən çıxmaq niyyətindədir.

Çox sayda işçi eyni vaxtda faktiki olaraq üç nəfərin işini icra etdiklərini, lakin bunun müqabilində nə əməkhaqqı artımı, nə də vəzifə yüksəlişi əldə etdiklərini etiraf edirlər.

Məlumata görə, sorğuda iştirak edənlər hər il onlara orta hesabla doqquz yeni tapşırığın əlavə edildiyini və bu öhdəliklərin sayının sürətlə artdığını bildiriblər.

İşçilərin 40%-i son üç il ərzində lazımi dəstək almadan üzərilərinə qoyulan əlavə vəzifələr səbəbindən işdən ayrılmağı ciddi şəkildə düşünüblər.

Araşdırmanın digər maraqlı nəticəsi isə odur ki, işçilərin 78%-i ötən il ərzində əvvəlcədən razılıq vermədikləri və vakansiya tələblərində olmayan yeni tapşırıqları yerinə yetirməyə “könüllü şəkildə məcbur” ediliblər.

Müdiriyyət tərəfindən gözlənilən bu tapşırıqlar işçilərin həm fiziki, həm də psixoloji durumuna mənfi təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
55
interpress.az

1Источники