RU

İranın yeni lideri Müctəbə Xamenei razılığa gəlməsə, öldürülə bilər ABŞ

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail ABŞ-ın dəstəyi ilə İranın yeni ali lideri Müctəbə Xamenei üzərində sui-qəsd planını nəzərdən keçirə bilər. Xamenei siyasətçi kimi danışıqlara güzəştə getməyə hazır olmayan bir lider hesab olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ-ın keçmiş və hazırkı rəsmilərinə istinadla yaydığı məlumadta qeyd edib.

ABŞ prezidenti Donald Tramp müşavirələrinə bildirib ki, əgər Xamenei ABŞ-ın tələblərinə güzəşt etməsə, onun likvidasiyasını dəstəkləməyə hazırdır. Tramp xüsusilə istəyir ki, yeni lider İranın nüvə proqramından imtina etsin.

Vaşinqtondakı mənbələr isə Xameneini sərt siyasətçi kimi qiymətləndirir və onun İranın nüvə silahına yiyələnmə planlarından imtina edəcəyinə və ABŞ-la əlverişli danışıqlar aparacağına ümid etmirlər.

Qəzetin mənbələri iddia edir ki, Xameneiyə sui-qəsd əməliyyatını İsrail həyata keçirə bilər. Qeyd olunur ki, keçmiş ali lider və Müctəbə Xameneinin atası Əli Xamenei, eləcə də onun həyat yoldaşı İsrailin hava zərbəsi nəticəsində həlak olub.

Tramp 8 martda "ABC News" telekanalına verdiyi müsahibədə bildirib ki, növbəti ali lider ABŞ-ın təsdiqi olmadan uzun müddət iqtidarda qala bilməyəcək.

28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin böyük şəhərlərinə, o cümlədən Tehrana dəymişdir. Ağ Ev hücumları raket və nüvə təhdidləri ilə əsaslandırıb. Nəticədə Əli Xamenei və digər bir sıra yüksək vəzifəli şəxslər həlak olub. İran İnqilab Keşikçiləri Korpusu isə genişmiqyaslı əks-hücum həyata keçirərək İsraildəki obyektləri hədəf alıb. ABŞ-ın Bəhreyn, İordaniya, Qatar, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrdən təsirlənib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
bizimyol.info

1Источники