RU

Putin: “Rusiya qaz təchizatı ilə bağlı Avropa ilə işləməyə hazırdır”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Rusiya etibarlı alıcılar olan ölkələrə neft və qaz tədarükünü davam etdirəcək”

“Rusiya neft və qaz təchizatı ilə bağlı Avropa ilə işləməyə hazırdır. Lakin onlardan siqnal lazımdır". AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Prezident qeyd edib ki, Rusiya "Avropanın enerji təchizatına qarşı nümayişkaranə şəkildə qapını bağlamasını gözləməməli, əksinə, həcmləri digər bazarlara yönəltməlidir".

Putin əlavə edib ki, Rusiya "etibarlı alıcılar" olan ölkələrə neft və qaz tədarükünü davam etdirəcək və onların arasında Slovakiya və Macarıstanın da adı var.

O həmçinin dünyanın bir neçə bölgəsində Rusiya yanacağının alıcılarına enerji təchizatının hazırda artdığını qeyd edib.

Putin həmçinin xatırladıb ki, Rusiya enerji şirkətləri "həmişə sabitliyi ilə seçilib" və onları mövcud neft qiymətləri vəziyyətindən yararlanmağa və əldə edilən gəlirdən bank borclarını ödəmək üçün istifadə etməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
1
ayna.az

3Источники